Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası - Mzia Amağlobeli bu vaxtadək cəzaçəkmə müəssisəsinə köçürülməyib və yenə klinikada qalır
“Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”nda bəyan edirlər ki, “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobeli cəzaçəkmə müəssisəsinə köçürülməyib və yenə “Vivamed” klinikasında qalır.
Təşkilatın yazdığı kimi, Mzia Amağlobelinin hansı əsasla klinikada qalması hazırda bilinmir.
“Mzia Amağlobeli bu vaxtadək cəzaçəkmə müəssisəsinə köçürülməyib və yenə klinikada qalır. Həkimlərin dünən verdiyi məlumata əsasən, o, cəzaçəkmə müəssisəsinə köçürülməli idi, çünki rəsmi olaraq artıq klinikadan buraxılıb. Tibb işçilərinin onu buraxmasına baxmayaraq, Mzia Amağlobelinin niyə və hansı əsasla tibb müəssisəsində qalması hazırda vəkillərə məlum deyil. Mzianın özü də qəti şəkildə müəssisəyə köçürülməsini tələb edir” – Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası tərəfindən yayılmış məlumatda deyilir.