Gürcüstanın Fransadaki Səfirliyi Gürcüstan vətəndaşları üçün bəyanat yayır
Gürcüstanın Fransadaki Səfirliyi, Fransada yaşayan və yaxud oraya turist olaraq gedən Gürcüstan vətəndaşları üçün bəyanat yayır.
“Məlum olduğu kimi, şənbə günü, martın 23-də, Paris və Fransanın bir neçə şəhərində “sarı jiletlilərin” etiraz aksiyaları planlaşdırılıb.
Xahiş edirik, aksiyaların keçirildiyi yerlərdən müvəqqəti olaraq, uzaq durun və kütləvi medya vasitələri ilə, həmin yerlərdə baş verən hadisələrə diqqət yetirin.
Gərəkdiyi halda, səfirliyin qaynar xəttinə zəng vurun: +33783318689“, – deyilir Səfirliyin bəyanatında.