Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Milli Komissiyasının bugünkü qərarı ilə elektrik enerjisi və qazın tarifləri dəyişməz olaraq qalıb
Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Milli Komissiyasının bugünkü qərarı ilə elektrik enerjisi və qazın tarifləri dəyişməz olaraq qalıb

 

Komissiya mövcud vəziyyəti nəzərə alaraq müzakirə etdi və istehlak tariflərini dəyişməz olaraq saxladı – bu haqda Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Milli Komissiyasının (SEMEK) sədri Davit Narmania deyib.

O, mövcud tariflərin üç ay müddətinə dəyişməz olaraq qaldığını bildirib.

“İstehlak tarifləri iki komponentdən ibarətdir. Biri – elektrik enerjisinin paylanması tarifidir və birbaşa enerjinin özünün tarifidir. Bütün bunların əsasını o qoydu ki, müxtəlif generasiya obyektləri tərəfindən növbəti dövrdə istehsal ediləcək enerjinin həcmləri, müvafiq dəyərlər dəqiqləşdiriləcək, bu səbəbdən Komissiyanın sonrakı hesablamalarında daha dəqiq olması üçün, əlbətdə, bu parametrlərin dəqiqləşdirilmiş formada əldə olunması vacibdir.
Həmçinin, “Energo-Pro” şirkətinin hissəsində təqdim etdikləri investisiya planında ola bilsin, bir qədər düzəliş edilməsindən bəhs edilirdi. Bu səbəbdən, bu məlumatlara istinad etməklə, paralel olaraq bizə verilən səlahiyyətdən istifadə etdik və mövcud tarifləri dəyişməz olaraq, üç ay müddətinə saxladıq.

Üç aydan sonra hansı prosedurların olacağı barədə sizi vaxtaşırı məlumatlandıracağıq, çünki şirkətlər ayrı-ayrı məlumatları dəqiqləşdirəcəklər, balanslar da dəqiqləşəcək, müvafiq olaraq, Komissiya hər zaman tarifləri hesabladığı və əsasında da tariflərin hesablanacağı metodologiyanı rəhbər tutacaq” – Davit Narmania bildirib.