Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Gürcüstan ilə Asiya İnkişaf Bankı arasında razılaşma imzalanıb
Asiya İnkişaf Bankının 58-ci illik görüşündə Gürcüstan ilə Asiya İnkişaf Bankı arasında Gürcüstana təxminən 98 milyon avro dəyərində kredit ayrılmasını nəzərdə tutan “Enerji saxlama və yaşıl hidrogen qazının inkişafı layihəsi” üçün kredit razılaşması imzalanıb.
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Asiya İnkişaf Bankının Gürcüstandakı Daimi Missiyasının rəhbəri Lesli Berman Lam kredit razılaşmasını imzalayıblar.
Layihə Ksani yarımstansiyasının ərazisində iqlim dostu enerji saxlama sisteminin (BESS) qurulmasını nəzərdə tutur, eləcə də yaşıl hidrogenin inkişaf imkanlarını, BESS-in əməliyyatları üzrə praktiki təlim və “Gürcüstan Dövlət Elektrik Sistemi” Səhmdar Cəmiyyəti (GSE) üçün texniki biliyin paylaşılmasını öyrənəcək.
Layihənin həyata keçirilməsi Gürcüstanın elektrik enerjisi sisteminin dayanıqlılığının, çevikliyinin və təhlükəsizliyinin artırılmasını, eyni zamanda elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək və həm enerji təchizatının təhlükəsizliyinin artırılmasına, həm də ümumilikdə Gürcüstanın energetika müstəqilliyinə əhəmiyyətli töhfə verəcək.