Gürcüstanın ədliyyə naziri Böyük Britaniyanın səfiri ilə görüşüb
Gürcüstanın ədliyyə naziri Böyük Britaniyanın səfiri ilə görüşüb

 

Gürcüstanın ədliyyə naziri Paata Salia Böyük Britaniyanın səfiri Qaret Uordla ədliyyə sahəsində gələcək əməkdaşlığın dərinləşdirilməsi haqqında danışıb – bu haqda məlumatı Ədliyyə Nazirliyi yayır.

Nazirliyin məlumatına əsasən, tanışlıq məqsədli görüşdə Ədliyyə Nazirliyinin prioritet istiqamətlərinə – insan hüquqlarının müdafiəsi mexanizmlərinə, dövlət xidmətlərinin göstərilməsi siyasətinə, penitensiar və probasiya sistemlərinin islahatı, eləcə də rəqəmsal idarəetmə və innovasiyaların nazirliyin fəaliyyətinə inteqrasiyasına toxunulub.

“Ədliyyə naziri səfərə görə Britaniyanın səfirinə təşəkkür edib və ədliyyə sahəsində gələcək əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Görüşdə Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Böyük Britaniyanın səfirinin siyasi və xarici əlaqələr üzrə katibi Ces Dakvort iştirak edirdi” – məlumatda qeyd olunub.