Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçməyə cəhd faktı üzrə xarici ölkənin doqquz vətəndaşını saxlayıblar

14:24, 21.07.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Əməliyyat-İstintaq Departamentinin əməkdaşları Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçməyə cəhd faktı üzrə xarici ölkənin doqquz vətəndaşını saxlayıblar.

Gürcüstanın Sərhəd Polisinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində saxlanılan şəxslərin sərhəd-keçid məntəqəsindən yan keçməklə, “Sarpi” sərhəd sektorunun mühafizə olunan hissəsində qanunsuz olaraq Türkiyə Respublikasına keçməyə cəhd etdikləri müəyyən edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu da beş ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar