Gürcüstanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, gənclik təşkilatlarının nümayəndələri Nariğala qalasında Gürcüstan və Avropa İttifaqının bayraqlarını açıblar
Gürcüstanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, gənclik təşkilatlarının nümayəndələri Nariğala qalasında Gürcüstan və Avropa İttifaqının bayraqlarını açıblar

 

Yanvarın 14-də Gürcüstanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, gənclik təşkilatlarının nümayəndələri “Gəncliyin Razılığı Aktı” təşəbbüs qrupunun təşkilatçılığı ilə tarixi Nariğala qalasında Gürcüstan və Avropa İttifaqının bayraqlarını açıblar.

“Gəncliyin Razılığı Aktı” təşəbbüs qrupunun məlumatına əsasən, tədbirin məqsədi Gürcüstanın dövlət bayrağının əhəmiyyətini və onu milli birlik, razılıq və suverenliyin rəmzi olaraq nümayiş etdirmək idi.

“Gürcüstanın bayrağı ölkənin tarixi irsini, azadlıq uğrunda mübarizəni və ortaq gələcək üçün məsuliyyəti birləşdirir. Bununla yanaşı, bu il gənclər Gürcüstanın dövlət bayrağı ilə birlikdə ölkənin Avropaya inteqrasiya yoluna sadiqliyinin əlaməti olaraq Avropa İttifaqının bayrağını qaldırmaq qərarını veriblər. Onların qiymətləndirməsinə görə, Gürcüstanın bayrağı, dövlət suverenliyi və milli maraqlar ən möhkəm şəkildə məhz Avropa ailəsində qorunacaq” – “Gəncliyin Razılığı Aktı” təşəbbüs qrupunun yaydığı məlumatda deyilir.