Gürcüstanın daxili işlər və İsrail Dövlətinin milli təhlükəsizlik nazirləri əməkdaşlıq memorandumu imzalayıblar
Gürcüstanın daxili işlər və İsrail Dövlətinin milli təhlükəsizlik nazirləri əməkdaşlıq memorandumu imzalayıblar

 

İsrailə rəsmi səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Qeka Qeladze və İsrail Dövlətinin milli təhlükəsizlik naziri İtamar Ben Qvir əməkdaşlıq memorandumu imzalayıblar. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, qeyd olunan memorandum Gürcüstanın daxili işlər və İsrail Dövlətinin milli təhlükəsizlik nazirlikləri arasında mövcud polis əməkdaşlığının müxtəlif istiqamətlərdə genişlənməsinə kömək edəcək, o cümlədən, hər iki ölkənin miqrasiya departamentləri və polis akademiyaları arasında iş təcrübəsinin mübadiləsi və əməkdaşlığın daha da dərinləşdirilməsi baş verəcək.

Nazirlər ikitərəfli görüş çərçivəsində hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Tərəflər arasında praktika və qabaqcıl təcrübə mübadiləsi baxımından cari və gələcək tədbirlərə xüsusi diqqət yönəldilib.

Qeka Qeladze görüşün sonunda ikitərəfli əməkdaşlığın gücləndirilməsində polis attaşelərinin xüsusi roluna diqqət yönəldib. Nazir məhsuldar işgüzar görüşə və qonaqpərvərliyə görə israilli həmkarına minnətdarlığını bildirib.