Gürcüstanın Daxili İşlər Nazirliyi İspaniya Milli Polisinin nümayəndə heyətinə ev sahibliyi edir
Gürcüstanın Daxili İşlər Nazirliyi İspaniya Milli Polisinin nümayəndə heyətinə ev sahibliyi edir

 

Gürcüstanın Daxili İşlər Nazirliyi İspaniya Cinayət Polisinin Baş Komissarı Luis Fernando Paskual Qrasayın rəhbərlik etdiyi İspaniya Milli Polisinin nümayəndə heyətinə ev sahibliyi edir.

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin direktoru Davit Kiknadze müavinləri ilə birlikdə ispan həmkarları ilə işgüzar görüş keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, görüş çərçivəsində tərəflər əməkdaşlığın prioritet sahələrini və gələcək planları ətraflı müzakirə ediblər. Gürcü tərəfi qonaqlara nazirlikdə həyata keçirilmiş və hazırda davam edən mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotik cinayətinə qarşı mübarizə ilə bağlı tədbirlər barədə məlumat verib. Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti – həm ikitərəfli, həm də çoxtərəfli formatlarda – xüsusi olaraq vurğulanıb.

Həmçinin, görüşdə Gürcüstan və İspaniya Krallığının hüquq-mühafizə orqanları arasında mövcud sıx tərəfdaşlıq münasibətlərinə toxunulub. Tərəflər ölkələr arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.