Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayır
Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayır

 

Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayır. Bəyanatda qeyd olunduğu kimi, Daxili İşlər Nazirliyi media vasitələrindən biri tərəfindən guya hüquq-mühafizə orqanlarının əməkdaşlarının Qori şəhərində gənci döymələri ilə bağlı yayılmış dezinformasiyaya münasibət bildirir.

“Cari ilin yanvarın 3-də Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon Bölməsinin əməkdaşları aqressiv davranan və vətəndaşın avtomobilinə zərər vuran 2000-ci il təvəllüdlü sərxoş vəziyyətdə olan vətəndaşı inzibati qaydada saxlayıblar.

Saxlanılma zamanı hadisə yerində olan onu müşaiyət edən şəxs, 2005-ci il təvəllüdlü, məhkumluq həyatı yaşamış və şərti cəza çəkən Luka Topçişvili vəzifə borcunu yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına maneə olub və polislərə qarşı fiziki təhqirə yol verib. Xüsusilə, polisin üzünə yumruq vurub, sonra da gizlənməyə və onu təqib edən başqa bir polisi döyməyə çalışıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları onu vəzifə borcunu yerinə yetirən zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıqla törədilmiş müqavimət faktına görə, Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə saxlayıblar.

Polislərin guya gənc kişiyə qarşı fiziki zorakılıq törətməsi barədə yayılan məlumat yalan və dezinformasiyadır, bu da qurumu və hər bir polisi məqsədyönlü şəkildə nüfuzdan salmağa xidmət edir!

Təəssüf ki, son vaxtlar, cinayətkarlıqla misli görünməmiş mübarizə ilə paralel olaraq, bəzi media vasitələri tərəfindən polislərin tamamilə yalanda ittiham edilməsi halları daha tez-tez baş verir. Qeyd olunanla əlaqədar, Daxili İşlər Nazirliyi polislərin məqsədyönlü şəkildə nüfuzdan salınmasına dözmək niyyətində deyil və bütün bu kimi faktlar barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik və dezinformasiya yayanları ifşa edəcəyik” – bəyanatda qeyd olunub.