Gürcüstanın daxili işlər nazirinin müavini Qaqa Kirkitadze çinli həmkarı Linq Çifenglə görüşüb
Gürcüstanın daxili işlər nazirinin müavini Qaqa Kirkitadze Çinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının ictimai təhlükəsizlik nazirinin müavini Linq Çifenglə görüşüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər Gürcüstan və Çin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın cari və gələcək məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, Qaqa Kirkitadze Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərini nəzərdən keçirib. Görüş iştirakçıları hüquq-mühafizə sahəsində mövcud təcrübə və praktika ilə də qarşılıqlı fikir mübadiləsi aparıblar.
Nazirliyin məlumatına görə, görüşün sonunda Gürcüstanın daxili işlər nazirinin müavini çinli həmkarına göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib.