Gürcüstanın daxili işlər naziri Türkiyə Parlamentinin Təhlükəsizlik və Kəşfiyyat Komitəsinin sədri ilə görüş keçirib
Gürcüstanın daxili işlər naziri Türkiyə Parlamentinin Təhlükəsizlik və Kəşfiyyat Komitəsinin sədri ilə görüş keçirib

 

Daxili işlər naziri Qela Qeladze Gürcüstanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Parlamentinin Təhlükəsizlik və Kəşfiyyat Komitəsinin sədri Veysəl Tifioğlu və komitə üzvləri ilə görüşüb.

Nazirliyin məlumatına əsasən, görüş çərçivəsində tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında mövcud sıx və dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar. Qela Qeladze qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında fəal və səmərəli əməkdaşlıq yaranıb, bu isə gürcü tərəfi üçün xüsusi əhəmiyyət daşıyır.

“Görüşün iştirakçıları həmçinin tərəflər arasında təcrübə və ən yaxşı praktikanın paylaşılmasının əhəmiyyətinə diqqət çəkiblər. Qela Qeladze gürcü tərəfinin Türkiyə tərəfi ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirməyə hər zaman hazır olduğunu xüsusilə qeyd edib” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.