Gürcüstanın daxili işlər naziri Qela Qeladze Ermənistana rəsmi səfər edəcək
Gürcüstanın daxili işlər naziri Qela Qeladze Ermənistana rəsmi səfər edəcək

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze Ermənistan Respublikasına rəsmi səfər edəcək. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında səfər çərçivəsində nazirin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarqsyan ilə görüş keçirəcəyi deyilir.

Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Həmçinin, Cənubi Qafqaz regionunda sülh və sabitliyin əhəmiyyətinə toxunulacaq.