Gürcüstanın daxili işlər naziri narkotik təhlükələrinə qarşı mübarizə üzrə beynəlxalq forumda iştirak edib
Gürcüstanın daxili işlər naziri narkotik təhlükələrinə qarşı mübarizə üzrə beynəlxalq forumda iştirak edib

Gürcüstanın daxili işlər naziri Geka Geladze Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində “İctimai sağlamlıq və təhlükəsizliyə qarşı yönəlmiş transmillî narkotik təhlükələrinə qarşı mübarizə” adlı beynəlxalq forumda iştirak edib.

Forum Səmərqənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Özbəkistan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilib.

Forumda narkotiklərin qanunsuz dövriyyəsi sahəsində mövcud problemlər və yeni tendensiyalar müzakirə olunub. Eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Tədbir çərçivəsində yüksək səviyyəli plenar iclas və tematik müzakirələr keçirilib, hansı ki, müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri, sahə üzrə ekspertlər və beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər. Onların arasında ATƏT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı (WCO) və BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinin (INCB) rəhbər şəxsləri də olub.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.