Gürcüstanın daxili işlər naziri erməni həmkarı ilə görüş keçirib
Gürcüstanın daxili işlər naziri erməni həmkarı ilə görüş keçirib

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze Ermənistan Respublikasında rəsmi səfərdədir. Nazir erməni həmkarı Arpine Sarqsyanla işgüzar görüş keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında, görüş çərçivəsində Cənubi Qafqaz regionunun sabit inkişafı üçün sülhün və əməkdaşlığın zəruriliyinə toxunulduğu deyilir.

Onların məlumatına əsasən, tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud sıx və səmərəli polis tərəfdaşlığı məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, Qela Qeladze və Arpine Sarqsyan sektor islahatları, cari layihələr, polis əməkdaşlığı çərçivəsində məlumat və təcrübə mübadiləsinin vacibliyinə diqqət yönəldiblər.

Qela Qeladze xüsusilə qeyd edib ki, gürcü tərəfi hər zaman erməni tərəfi ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze, Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze və Patrul Polis Departamentinin direktoru Levan Maisuradze daxili işlər naziri ilə birlikdə Ermənistan Respublikasındadırlar.