Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb
Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb

 

Daxili işlər naziri Qeka Qeladze Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüş keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyi tərəflərin ölkələr arasında mövcud strateji tərəfdaşlığı müzakirə etmələri haqda məlumat verir.

“Cənubi Qafqaz regionunda cari hadisələr və təhlükəsizlik məsələlərinə toxunulub. Regionun dayanıqlı inkişafı üçün sülh və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Gürcüstan və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları arasında sıx, səmərəli polis əməkdaşlığına xüsusi diqqət yetirilib. Nazir mövcud nümunəvi tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib və bu prosesdə polis attaşelərinin xüsusi rolunu vurğulayıb” – qurumun məlumatında qeyd olunub.