Gürcüstanın daxili işlər naziri ATƏT-in Parlament Assambleyasının Prezidenti ilə görüş keçirib
Gürcüstanın daxili işlər naziri ATƏT-in Parlament Assambleyasının Prezidenti ilə görüş keçirib

 

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze nümayəndə heyəti ilə birlikdə Gürcüstanda rəsmi səfərdə olan ATƏT-in Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sampietro ilə görüş keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, görüş çərçivəsində tərəflər ictimai asayişin və təhlükəsizliyin qorunması üçün Gürcüstanda Daxili İşlər Nazirliyinin gördüyü tədbirləri müzakirə ediblər.

“Nazir nümayəndə heyətinin üzvlərini Daxili İşlər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətləri və cari islahatlarla tanış edib. Qeka Qeladze və Pere Joan Pons Sampietro həmçinin nazirlik ilə ATƏT arasında əməkdaşlıq məsələləri haqda danışıblar. Nazir ATƏT-in təsisatları ilə əlaqələrin Gürcüstan üçün əhəmiyyətli və prioritet olduğunu vurğulayıb və gələcəkdə bu əməkdaşlığı dərinləşdirməklə əlaqədar hazır olduğunu ifadə edib” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.