Gürcüstanın dağ-xizək kurortları bağlanır, kafelər, restoranlar və barlara rekomendasiyalar verildi ki, vətəndaşların bilavasitə xidməti ilə əlaqədar servisləri məhdudlaşdırsınlar
Koordinasiya şurasının qərarı ilə, Gürcüstanın dağ-xizək kurortları vaxtından əvvəl bağlanır. Şuranın qərarını ictimaiyyətə baş nazirin mətbuat katibi, İrakli Çikovani tanış etdi.
Bununla yanaşı, onun dediyinə görə, kafelər, restoranlar və barlara rekomendasiyalar verildi ki, vətəndaşların bilavasitə xidməti ilə əlaqədar servisləri məhdudlaşdırsınlar.
“Həmçinin koordinasiya şurasında qərar qəbul edildi ki, kafelər, restoranlar və barlara rekomendasiyalar verilsin ki, vətəndaşların bilavasitə xidməti ilə əlaqədar servisləri məhdudlaşdırsınlar. Bizim rekomendasiyamızdır ki, kütləvi toplantı yerləri və vətəndaşlarımız ilə əlaqə maksimal olaraq məhdudlaşdırılsın”, – Çikovani brifinqdə bəyan etdi.