Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən bildirirlər ki, Əbu-Dabidə baş vermiş insidentdə iştirak edən şəxslər ifadə verirlər
Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən bildirirlər ki, Əbu-Dabidə baş vermiş insidentdə iştirak edən şəxslər ifadə verirlər.
Onların məlumatına əsasən, yerli hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
“Bizdəki məlumata əsasən, yerli hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, bu məqsədlə də insidentdə iştirak edən şəxslər ifadə verirlər” – səfirlikdən bildirirlər.
Əbu-Dabidə “Gürcü Arzusu”nun deputatları İrakli Zarkua və Viktor Sanikidze ilə vətəndaş Laşa Qabitaşvili arasında fiziki qarşıdurma baş verib. Hadisəni əks etdirən videogörüntülər sosial şəbəkədə yayılıb.