Gürcüstanın birinci xanımı Tamar Baqrationini Serbiya Respublikasının birinci xanımı Tamara Vuçiç “Elm Sarayı”nda qəbul edib
Rəsmi səfər çərçivəsində Gürcüstanın birinci xanımı Tamar Baqrationini Serbiya Respublikasının birinci xanımı Tamara Vuçiç “Elm Sarayı”nda qəbul edib. Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Məlumata görə, Serbiya Respublikasının birinci xanımı və “Elm Sarayı”nın baş direktoru Nemanya Corceviç Tamar Baqrationiyə sarayda həyata keçirilən elmi fəaliyyətlər haqqında məlumat veriblər.
“Elm Sarayı” Serbiyada elmi tədqiqatların aparılması və elmin populyarlaşdırılması sahəsində ilk, regionda isə ən böyük mərkəzdir. Buradakı elmi fəaliyyətlərin spektri 5 500 kvadrat metrdən artıq sahəni əhatə edir. Sarayın missiyası biliklərin inkişafına və mübadiləsinə töhfə verməkdir”, – Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunur.