Gürcüstanın birinci xanımı Tamar Baqrationi Xorvatiyanın birinci xanımı Sanya Musiç Milanoviçi Gürcüstan Milli Muzeyində qəbul edib.
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçin həyat yoldaşı Sanya Musiç Milanoviç Gürcüstan Milli Muzeyini ziyarət edib.
Qonağı Gürcüstan Prezidentinin xanımı Tamar Baqrationi, Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Maka Qurgenidze və Milli Muzeyin baş direktoru David Lortkipanidze qarşılayıblar.
Sanya Musiç Milanoviç muzeyin Qızıl Fondunda qorunan Gürcüstanın mədəni irsinin unikal nümunələri ilə tanış olub.
Milli Muzeydə səfər çərçivəsində qonaqlara e.ə. III minillikdən eramızın IV əsrinədək olan arxeoloji eksponatlar, eləcə də orta əsrlər xəzinəsi nümayiş etdirilib. Sərgilərdə qızıl və gümüşdən hazırlanmış nadir artefaktlar, həmçinin Gürcüstan ərazisində aşkar edilmiş qiymətli əşyalar təqdim olunur. Bu eksponatlar Gürcüstanın xristianlıqdan əvvəlki və xristianlıq dövrünə aid zəngin mədəniyyətini və tarixi irsini əks etdirir.