Gürcüstanın birinci xanımı Tamar Baqrationi qadın məhbusları Analar Günü münasibətilə təbrik edib
Gürcüstanın birinci xanımı Tamar Baqrationi 5 saylı (qadınlar) cəzaçəkmə müəssisəsində qadın məhbusları Analar Günü münasibətilə təbrik edib. Məlumatı Gürcüstan Prezident Administrasiyası yayır.
Prezident Administrasiyasının məlumatına əsasən, Tamar Baqrationi ədliyyə naziri Paata Salia, deputatlar – Nino Tsilosani, Eka Cicinadze və digər dəvət olunmuş qonaqlarla birlikdə Analar Günü ilə əlaqədar qadın məhbusların iştirakı ilə keçirilən konsertdə iştirak edib.
“Birinci xanım cəzaçəkmə müəssisəsində təşkil olunmuş və yaxın vaxtlarda açılacaq tikiş sahəsini, eləcə də məhkumların sosiallaşması və reabilitasiyası məqsədilə fəaliyyət göstərən gözəllik salonunu, fitnes salonunu və kitabxananı gəzib.
Məhkumlar Tamar Baqrationiyə və digər qonaqlara hədiyyə olaraq hazırladıqları əl işlərini təqdim ediblər” – məlumatda deyilir.