Gürcüstanın birinci xanımı Tamar Baqrationi "Alilo" yürüşünün iştirakçılarına Milad sovqatı payladı və əhalini Milad–Yeni il münasibətilə təbrik etdi
Gürcüstanın birinci xanımı Tamar Baqrationi "Alilo" yürüşünün iştirakçılarına Milad sovqatı payladı və əhalini Milad–Yeni il münasibətilə təbrik etdi

 

Gürcüstanın birinci xanımı Tamar Baqrationi “Alilo” yürüşünün iştirakçılarına Milad sovqatı payladı.

Tamar Baqrationi övladları və nəvələri ilə birlikdə Birinci Respublika Meydanında idi.

Birinci xanım Gürcüstan vətəndaşlarını Milad–Yeni il münasibətilə təbrik etdi.

“Gözəl Gürcüstanımı Milad bayramı münasibətilə təbrik edirəm. Xalqıma cansağlığı, gümrahlıq və firavanlıq arzulamaq istəyirəm. İnanıram ki, sevgi bizi xilas edəcək. Rəbb bizim qoruyucumuz olsun” – Tamar Baqrationi bildirib.

Ümumi Gürcüstanın Katolikos-patriarxı II İlianın xeyir-duası ilə 2000-ci ildən Tbilisidə Məsihin dünyaya gəlişi bayramının təntənəli yürüşü “Alilo” xüsusi miqyasda qeyd olunur.