Gürcüstanın Birinci Kanalının reqular tamaşaçısı 11.7 faiz ilə artdı
Gürcüstanın Birinci Kanalının reqular tamaşaçısı 11.7 faiz ilə artdı

İctimai Yayımçı tele-auditoriyasının tədqiqatının ikinci dalğasının nəticələrini dərc etdirir. Birinci dalğanın nəticələri 2020-ci ilin oktyabrında dərc olundu. Hazırkı göstəricilərlə, Gürcüstanın Birinci Kanalını müntəzəm olaraq izləyən tamaşaçının sayı 11.7 faizlə artıb.

Tədqiqatın ikinci dalğası göstərdi ki, başqa televiziya şirkətləri ilə müqayisədə, İctimai Yayımçının etimadsızlığın ən aşağı göstəricisi var, etimad göstəricisi isə, 38 faizi təşkil edir və bu baxımından Gürcüstanın Birinci Kanalı sıra ilə ikini media vasitədir.

Tədqiqatı İctimai Yayımçı tərəfindən elan olunan tenderdə qalib gələn “Sonar” şirkəti Gürcüstan miqyası ilə həyata keçirdi. Tədqiqatın məqsədi tele-auditoriyanın demoqrafik strukturunun, tele-izləmənin tezliyi və tele-şirkətə qarşı etimadın müəyyənləşdirilməsi idi. Sorğuda 18 və yuxarı yaşlı tele-izləyici iştirak edirdi.