Gürcüstanın Birinci Kanalının prodüseri, bir çox verilişlərin müəllifi Mzia Lomtatidze vəfat edib

14:23, 23.07.2026

Gürcüstanın Birinci Kanalının prodüseri, çoxsaylı verilişlərin müəllifi Mzia Lomtatidze vəfat edib.

Mzia Lomtatidze onilliklər ərzində Birinci Kanalın maarifləndirici-əyləncəli, uşaq proqramları, ədəbi-dram verilişləri redaksiyalarında, “İncəsənət” yaradıcılıq birliyinin teatr bölməsində və digər sahələrdə çalışıb. O, müxtəlif televiziya layihələrinin prodüseri olub.

Son illərdə Mzia Lomtatidzenin müəllifliyi və prodüserliyi ilə “Köhnə afişa” və “Hopla, biz yaşayırıq” verilişləri hazırlanıb.

Onun müəllifi olduğu çoxsaylı proqramlar Birinci Kanalın Qızıl Fonduna daxildir və bir neçə nəslə unikal audio-vizual materialları təqdim edib.

Gürcüstanın Birinci Kanalı dəyərli əməkdaşının – Mzia Lomtatidzenin vəfatı ilə əlaqədar dərin hüznünü bildirir, onun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verir.

Oxşar