Gürcüstanın Birinci Kanalının layihəsi “Masterşef” – tamaşaçıların sevimli televiziya şousu
Televiziya tamaşaçılarının araşdırmasına görə, Gürcüstanın birinci kanalının “Masterşef” layihəsi tamaşaçının sevimli teleşousudur. Məlumatlara görə, digər yaş qrupları ilə müqayisədə “Masterşef” gənc tamaşaçılar tərəfindən ən çox bəyənilib, layihə 18-25 yaşlı tamaşaçıların 27 faizi tərəfindən ən populyar şou seçilib. Qeyd edək ki, Gürcüstanın Birinci Kanalı üçün istər televiziya, istərsə də digər platformalar vasitəsilə gənc auditoriyanı cəlb etmək, ona yüksək keyfiyyətli audiovizual məhsulların çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Kəmiyyət araşdırması bütün Gürcüstanda İctimai Yayımçının elan etdiyi tenderin qalibi Sonari tərəfindən aparılıb. Tədqiqatın məqsədi televiziya bazarının psixo-marketinq seqmentasiyası idi.
Gürcüstanın səkkiz şəhərində (Tbilisi, Rustavi, Marneuli, Axaltsix, Telavi, Kutaisi, Zuqdidi, Batumi) yaşı 18 və daha yuxarı olan 2000 respondentlə müsahibə aparılıb. Tədqiqat müddəti – 20.03.2022-28.05.2022. Seçim – təbəqələşdirilmiş sadə təsadüfi. Maksimum seçmə xətası, 95% etibarlılıq zəmanəti ilə: 2,2%.