Gürcüstanın Birinci Kanalının jurnalisti Teona Xubulava, operatorlar Badri Qamrekelaşvili və Levan Kartvelişvili ifadə vermək üçün Xüsusi İstintaq Xidmətindədirlər
Xüsusi İstintaq Xidmətində media mənsublarının ifadələrinin alınması davam edir.
Gürcüstanın Birinci Kanalının jurnalisti Teona Xubulava, eləcə də operatorlar Badri Qamrekelaşvili və Levan Kartvelişvili ifadə vermək üçün hazırda Xüsusi İstintaq Xidmətindədirlər.
Onlar dekabrın 2-də aksiyanın işıqlandırılması zamanı xəsarət alıblar. Məhz bu məsələ ilə əlaqədar Gürcüstanın Birinci Kanalının əməkdaşları Xüsusi İstintaq Xidmətinə çağırılıblar.