Gürcüstanın Birinci Kanalının jurnalisti, Teona Manaqadze "Rustaveli" metrosunda, insident yerində istintaq tədbirlərində iştirak etdi
“Rustaveli” metrosunda baş verən insident ilə bağlı, Gürcüstanın Birinci Kanalının jurnalisti, Teona Manaqadzeni hadisə yerində sorğu etdilər.
Müstəntiq və ekspert-kriminalistlər şahid jurnalist ilə birlikdə metrostansiyada idilər. İnsident yerində istintaq tədbirləri görüldü.
Teona Manaqadze baş verən barəsində təfərrüatlı məlumat verdi.
Hazirda, dünən metroda fiziki olaraq döyülənlər dindirilirlər.
Dünən, gecə “Rustaveli” metrosunda iki kişini döydülər. Bir neçə kişi gəncləri sözlə təhqir etdi. Sonra metro çıxışında onları döydü.
Gürcüstanın Birinci Kanalının jurnalisti, Teona Manaqadze baş verənləri videoya çəkdi. O, istintaq idarəsində dünən də dindirildi.
Fakt üzrə bu gün bir nəfəri yaxaladılar.