Gürcüstanın Birinci Kanalının "Bizim Gürcü Dilimiz" yeni layihəsinin gürcü dilinin onlayn olimpiadası üçün qeydiyyat keçirilir
Gürcüstanın Birinci Kanalının "Bizim Gürcü Dilimiz" yeni layihəsinin gürcü dilinin onlayn olimpiadası üçün qeydiyyat keçirilir

Gürcüstanın Birinci Kanalının “Bizim Gürcü Dilimiz” yeni layihəsinin gürcü dilinin onlayn olimpiadasının qeydiyyatı keçirilir.

Onlayn olimpiadada azərbaycan və gürcü dilli məktəblərin yeddinci sinif şagirdləri iştirak edə bilərlər. Onlayn olimpiadada qaliblər qarşıdakı mükafatları alacaqlar: leptop, televizor, mobil telefon.

İştirak etmək arzusunda olanlar qeydiyyat formasının açılması üçün bu linkə daxil olmalıdırlar.

“Gürcüstanın Birinci Kanalının “Bizim Gürcü Dilimiz” yeni layihəsi çərçivəsində artıq gürcü dilinin onlayn olimpiadasının qeydiyyatı keçirilir. Onlayn olimpiadada azərbaycan və gürcü dilli məktəblərin yeddinci sinif şagirdləri iştirak edə bilərlər. Bunun üçün onlar 1tv.ge saytına daxil olmalıdırlar və orada yerləşdirilən “Bizim Gürcü Dilimiz” yeni layihəsinin formasını doldurmalıdırlar.

Bu, Gürcüstanın Birinci Kanalının gürcü dilinin populyarlaşdırılması istiqaməti ilə ilk addımdır və daha bir neçə fəallıq olacaq. Bu fəllıqlar ona doğru istiqamətləndiriləcəkdir ki, qeyri-gürcü dilli məktəblərin şagirdləri gürcü dilini daha artıq öyrənsinlər”, – layihənin rəhbəri Ramilia Əliyeva bəyan edir.

“Bizim Gürcü Dilimiz” yeni layihəsi Gürcüstanın Birinci Kanalının gürcü dilinin populyarlaşdırlması məqsədini güdən layihədir. Layihə çərçivəsində bir neçə fəallıq planlaşdırılıb.