Gürcüstanın Birinci Kanalının bəyanatı - Müzakirə və dialoqun alternativi yoxdur
Bu gün Gürcüstanda demokratik proses təhlükə qarşısındadır, müvafiq olaraq, İctimai Yayımçı demokratik təsisat kimi çətin vəziyyətə düşüb. Görünür, vətəndaşların, qanunvericilərin və ya digər maraqlı tərəflərin ölkənin İctimai Yayımçıya nə üçün ehtiyac duyduğunu əsaslı şəkildə başa düşmələri üçün kifayət qədər vaxt keçməyib. Bu illər ərzində tətbiq etdiyimiz standart mövcud vəziyyətdən irəli gələrək, bu gün təhlükə qarşısındadır. Cəmiyyət tərəflərə bölünüb, qavrayışlar faktları əvəz edir, yayımçıdan isə onun əsas mahiyyətini inkar etmək, qanunu pozmaq və tərəf olmaq tələb olunur.
İllərdir İctimai Yayımçı bütün maraqlı tərəflərə görüş yeri kimi öz tribunasını və resursunu təklif edir. İllərdir bizə dialoq, müzakirə və birgə söhbət hissəsində yox cavabı verilir. Hətta seçkiöncəsi debatlarda da bizə yox cavabı verdilər. Artıq illərdir bu kanalda heç kimin efir vaxtı əldə etmək problemi olmayıb, hərçənd, indi qarşıdurmanın yüksək keyfiyyəti, fərqli fikirlərin təqib edilməsi və tamamilə qəbuledilməzlik aydın şəkildə göründü. Biz o yerə çatmışıq ki, jurnalistlərimizdən qarşı tərəfə efir vaxtı ayırmamağı qəti surətdə tələb edirlər.
Bu gün İctimai Yayımçı 1000-dən çox peşəkar, nizam-intizamlı və səbirli insandan ibarət bir komandadır, təşkilatın üzləşdiyi təzyiqin ağırlığını bu gün bu insanlar yaşayırlar, lakin biz ölkə üçün belə mühüm bir zamanda qeyri-müəyyənlik və aydınlıq, qavrayış və faktlar, nifrət və dəstək arasında körpü olmağa hazırıq. Öz rolumuzu və funksiyamızı yaxşı dərk etmişik, istənilən fərqli fikir üçün platforma olmuşuq və qalırıq və ictimaiyyətə xidmət etməyə hazırıq.
Biz bütün tərəflərə özgəninkiləşdirməyə qalib gəlməyi və bir-biri ilə danışmağa başlamağı, açıq efirdə müzakirə aparmağı təklif edirik, burada tərəf yalnız birdir – sakit və obyektiv şəkildə təqdim olunan məlumatı düzgün təhlil etmək qabiliyyətinə malik olan, eyni zamanda yalnız ona aid olan mövqedə qalmaq və ya dəyişmək hüququ olan tamaşaçı.