Dördüncü aydır ki, cari siyasi hadisələrlə paralel olaraq, müxtəlif siyasi və ya vətəndaş qrupları tərəfindən İctimai Yayımçıya qarşı məqsədyönlü diskreditasiya kampaniyası aktiv şəkildə həyata keçirilir.
İctimai Yayımçının fəaliyyəti ilə bağlı nüfuzdansalan və imicə zərər vuran ictimai bəyanatlar yayılır ki, bunlar da faktlara əsaslanmır, yalnış məlumat ehtiva edir və cəmiyyətdə yanlış təsəvvürlər yaradır.
Bu müddət ərzində İctimai Yayımçının əməkdaşları öz peşə vəzifələrini müxtəlif formalarda təzyiq, hücumlar və təhqirlər fonunda yerinə yetirirlər, buna yalnız səbir və yüksək peşəkarlıqla cavab verirlər.
İctimai Yayımçının qarşısında davam edən etiraza qoşulan İctimai Yayımçının əməkdaşlarının (İctimai Yayımçının Müdafiəçiləri – GPB Guardians) bir hissəsi tərəfindən əmək müqaviləsinin şərtləri, eləcə də yayımçının daxili əmək qaydaları (müqavilənin tərkib hissəsi olan) dəfələrlə pozulub. Onların ictimai şəkildə yaydığı bəyanatlar İctimai Yayımçıya qarşı yalan ittihamların tirajlanmasına və media təşkilatının imicinin, etibarının zərər görməsinə səbəb olur, bu isə reaksiya verilmədən qalmayacaq.
İctimai Yayımçının rəhbərliyi öz fəaliyyətində müstəqildir və Gürcüstan qanunvericiliyini rəhbər tutur, bütün qərarlar təşkilatın mahiyyəti, missiyası və məqsədləri, orada çalışan insanların hüquqları və maraqları, düzgünlük və ədalət prinsiplərinə riayət etməklə qəbul edilir.
Qanunvericiliyə uyğun olaraq, təşkilatda iki rəhbər orqan mövcuddur – Qəyyumlar Şurası və baş direktor (onun yanında direktorlar şurası). Qəyyumlar Şurası işgüzar görüşdə hüquq xidməti tərəfindən aparılan araşdırmanın nəticələri ilə tanış oldu, araşdırmanın nəticələrində İctimai Yayımçıya qarşı səsləndirilən ittihamların faktiki halları və əsasları aşkar edilmədi, Qəyyumlar Şurasının üzvləri tərəfindən irəli sürülən qiymətləndirmələr isə tövsiyə xarakteri daşıyır.
Cari proseslərlə bağlı qərarlara gəlincə, qərarlar kənardan cəlb edilmiş digər strukturlar olmadan, Gürcüstanın əmək qanunvericiliyi və beynəlxalq media standartları ilə tam uyğun olan İctimai Yayımçının daxili tənzimləmələri nəzərə alınmaqla yalnız İctimai Yayımçının rəhbərliyi tərəfindən veriləcək.