Gürcüstanın Birinci Kanalının bəyanatı
Gürcüstanın Birinci Kanalının bəyanatı

 
Gürcüstanın “Yayımçılıq haqqında” qanununa əsaslanmış İctimai Yayımçı, milli yayımçı və məsuliyyətli media olaraq, öz fəaliyyətini eyni qanunla müəyyən edilmiş məzmun öhdəliklərinə uyğun həyata keçirir və jurnalist etikası normalarına tam əməl etməklə, obyektiv, şəffaflıq, ədalət və qərəzsizlik prinsiplərini nəzərə almaqla bütün cəmiyyətə xidmət edir ki, bunu ATƏT/DTİHB-nin rəyi də təsdiqləyib.

Üçüncü həftədir İctimai Yayımçı fövqəladə rejimdə işləyir və Birinci Kanalın efirində Tbilisidə, eləcə də ölkə miqyasında, digər şəhərlərdəki bütün hadisələri, marşlar və yürüşlər də daxil olmaqla bütün etiraz aksiyalarını işıqlandırır.

İctimai Yayımçı yaxınlığında təşəbbüskar qrup tərəfindən keçirilmiş aksiyanın iştirakçılarının “qazanılmış efir” ifadəsini işlətməsinə baxmayaraq, biz bununla qətiyyən razılaşmırıq və hesab edirik ki, İctimai Yayımçı hər zaman cəmiyyətin müxtəlif qruplarının fərqli fikirlərinin yayımçının efirindən səslənməsini təmin edirdi.

Fövqəladə rejimdə qəbul edilən qərar – təşəbbüskar qrupun üzvlərinə Birinci Kanalın efirində onlar üçün mühüm olan məsələlər barədə danışmaq imkanı verilməsi yenə də qüvvədədir və yayımçının müəyyən etdiyi format çərçivəsində davam edir. Bu, İctimai Yayımçının ölkədə gedən prosesləri və ictimaiyyətin maraqlarını nəzərə alaraq qəbul etdiyi qərar idi. Lakin, eyni zamanda, yayımçının redaksiya müstəqilliyinin və ona hər hansı təzyiqin yolverilməzliyinin başa düşülməsi, qorunması və təmin edilməsi mühümdür, buna konstitusiya və qanunla təminat verilir və qorunur.

Buna baxmayaraq, İctimai Yayımçıya “gündüz efirini açmaq” haqda yeni tələb irəli sürülüb. Qeyd edilməlidir ki, kanalın rəhbərliyi təşəbbüskar qrupun nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bütün bu görüşlərdə kanalın mövqeyi dilə gətirilib – informasiya xidməti gündəlik, həm gündüz, həm də axşam efirində xüsusi rejimdə işləməyə davam edəcək, təşəbbüskar qrupun isə onlar tərəfindən seçilmiş ictimaiyyət nümayəndələrinin Birinci Kanalın efirində onlar üçün aktual və vacib məsələlərdən danışmaq imkanı var.

İctimai Yayımçı müstəqil media təşkilatıdır və formatları və yayım şəbəkəsini müstəqil planlaşdırmaq kimi peşəkar öhdəliyi olduğu halda, ona demokratiya adı altında belə təzyiqlər etmək yolverilməzdir.

Təşəbbüskar qrupu İctimai Yayımçını qəsdən nüfuzdan salmağı və yayımçının tərəfə, siyasi oyunçuya çevrilməsi və funksiyası və ya öhdəliyi olmayan şeylərə görə məsuliyyət daşıması kimi ona təzyiqi dayandırmağa çağırırıq.

İctimai Yayımçı fundamental dəyərlərə, ilk növbədə ədalətə və jurnalist prinsiplərinə – efiri bütün mühüm mövzulara ayırmağa və ictimai müzakirələr təşkil etməyə sadiq qalır, bu da, fikrimizcə, radikallaşmaya deyil, mövqelərin yaxınlaşmasına xidmət edir.