Gürcüstanın Birinci Kanalının bəyanatı
Gürcüstanın Birinci Kanalının bəyanatı

 
Bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanat verib: “İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamız tərəfindən verilmiş bəyanata etiraz edən insanlarla ictimai müzakirə keçirməyə hazır olduğumuzu artıq dəfələrlə bildirmişik. Sabiq siyasətçilər Mixeil (Papuna) Canelidze və Tinatin Xidaşeli belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını artıq deyiblər. Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə birlikdə İctimai Yayımçıya təklif edirəm, sabah, dekabrın 4-də onlarla ictimai müzakirə aparmaq üçün bizə efir ayırsın”.

Gürcüstanın Birinci Kanalı belə bir müzakirə təşkil etməyə hazır olduğunu bəyan edir və onun iştirakçılarını sabah, dekabrın 4-ü saat 22:00-da dəvət edir.