Gürcüstanın Birinci Kanalında elan edilmiş "Bizim Gürcü Dilimiz" onlayn olimpiadanın üç qalibi var
Gürcüstanın Birinci Kanalında elan edilmiş "Bizim Gürcü Dilimiz" onlayn olimpiadanın üç qalibi var

Gürcüstanın Birinci Kanalında gürcü və erməni dilli məktəb şagirdləri üçün elan edilmiş “Bizim Gürcü Dilimiz” onlayn olimpiada başa çatdı. Artıq üç qalib məlumdur və onların kimliyi “Moambenin” əasas buraxılışında məlum olacaq.

Layihənin qaliblərinə xüsusi mükafatlar veriləcək. “Bizim Gürcü Dilimiz” layihəsində iştiraklarını təsdiq edən sertifikatlar başqa iştirakçılara da veriləcək.

“Bizim Gürcü Dilimiz” onlayn olimpiadada iştirak etmək arzusunu 200-ə qədər yeddinci sinif şagirdi bildirdi. Final mərhələyə isə, söhbətləşmə nəticəsində gürcü və erməni dilli məktəbin 44 yeddinci sinif şagirdi keçdi.

Layihə çərçivəsində, həmçinin qalib şagirdlərin gürcü dili və ədəbiyyatı müəllimləri xüsusi prizlərlə mükafatlandırılacaqlar.

Gürcüstanın Birinci Kanalında erməni və azərbaycan dilli məktəb şagirdləri üçün onlayn olimpiada 4 iyunda başladı.

“Bizim Gürcü Dilimiz” Gürcüstanın Birinci Kanalının gürcü dilinin populyarlaşdırlması məqsədini güdən layihəsidir. Layihə çərçivəsində bir neçə fəallıq planlaşdırılıb. Layihənin hissələrindən biri Gürcüstanın bölgələrində qeyri-gürcü dilli məktəbləri üçün gürcü dili olimpiadasının keçirilməsidir.

Layihənin feysbuk səhifəsində vaxtaşırı viktorinalar keçiriləcək. Verilən suala düzgün cavab verildiyi təqdirdə, qeyri-gürcü dilli məktəb şagirdləri həvəsləndirici hədiyyələr qazanacaqlar.