Gürcüstanın Birinci Kanalında bu gün müxalifət və hakim komanda arasında debatlar keçiriləcək
Parlament seçkilərindən sonra ilk televiziya debatları – Gürcüstanın Birinci Kanalında, “Azad Baxış” verilişində bu gün müxalifət və hakim komanda arasında debatlar keçiriləcək.
Boykot rejiminda olan altı partiyanın Parlament mandatı hələ də qüvvədədir – Parlamentə daxil olmaq şansından müxalifət istifadə edəcək ya yox; qanunvericilik orqanı kənarında müxalifətin dəyişikliklər üçün hansı berketi qalır; qanunvericilik orqanının dolğun işləməsinin ölkə üçün hansı əhəmiyyəti var və siyasətçilər xarici partnyorların açıq çağırışlarını necə qəbul edirlər.
Gürcüstanın Birinci Kanalında bu gün, saat 22:30-da “Gürcü Arzusundan” Beka Davituliani və Beka Lialuaşvili, “Lelodan” Levan Samuşiya, “Avropa Gürcüstanından” İrakli Kiknavelidze və “Qirçidən” Aleksandre Ralviaşvili debatlar keçirəcəklər.
Gürcüstanın Birinci Kanalı siyasi partiyalara debatlar üçün televiziya efirini bir neçə gün bundan əvvəl təklif etdi.