Gürcüstanın Birinci Kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb [şəkil]

 

Gürcüstanın Birinci Kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Tərəflər gürcü mədəniyyətini, mədəni müxtəlifliyi, o cümlədən mədəni irs abidələrini populyarlaşdırmağı və bu istiqamətdə fərqindəliyin artırılmasını təşviq edəcəkləri barədə razılaşıblar.

Əməkdaşlıq birgə layihələrin yaradılmasını və tədbirlərin keçirilməsini, həmçinin audiovizual əsərlərin və digər yaradıcılıq layihələrinin həyata keçirilməsini əhatə edir. Mövcud qanunvericilik çərçivəsində tərəflər bir-birinə müvafiq məlumat verəcəklər.

İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili və Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze sənədi imzalayıblar.