Gürcüstanın Birinci Kanalı jurnalistlərə qarşı tətbiq olunan şiddəti pisləyir, hadisə nəticəsində İctimai Yayımçının operatoru İlia Tvaliaşvili xəsarət aldı
Rustaveli prospektində “Tbilisi Pride” əleyhdarları bu gün Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşvilini yaraladılar, jurnalistlərə qarşı şiddətli, təhqiramiz və aqressiv hərəkətlər etdilər. O hazırda klinikadadır.
Bundan əlavə, yayımçıya məxsus avadanlıq zədələnib. Jurnalistlər patrul polisi tərəfindən təxliyə edildi.
Etiraz zamanı digər KİV-lərin çəkiliş qrupları da yaralanıb.
Gürcüstanın Birinci Kanalı media nümayəndələrinə qarşı şiddəti və peşə fəaliyyətlərinə maneə törətməyi pisləyir.
Gürcüstan Birinci Kanalı hüquq-mühafizə orqanlarını bütün faktları ən qısa zamanda araşdırmağa çağırır. Eyni zamanda, İctimai Yayımçı, hüquq-mühafizə orqanlarını öz səlahiyyətləri daxilində kütləvi informasiya vasitələri üçün təhlükəsiz iş şəraiti yaratmağa çağırır ki, bu da ictimaiyyətin tam məlumatlandırılması üçün lazımdır.