Gürcüstanın Birinci Kanalı qeyri-gürcü dilli məktəblər üçün gürcü dilinin onlayn olimpiadasına başlayır

Gürcüstanın Birinci  Kanalı  yeni layihəyə  başlayır. „Bizim  Gürcü Dili“  layihəsi  gürcü dilinin populyarlaşdırılması məqsədini  daşıyır.Layihə  çərçivəsində bir sıra aktivliklər planlaşdırılır. Layihənin  hissələrindən biri Gürcüstanın  bölgələrində  qeyri-gürcü dilli məktəblər  üçün  gürcü dilinin onlayn olimpiadasıdır.

Layihə bu il Amerika Birləşmiş Ştatlarının  Gürcüstandakı  Səfirliyinin  dəstəyilə  həyata  keçirilir.

Onlayn  olimpiadada  qeyri-gürcü dilli məktəblərin  yeddinci sinif şagirdləri  iştirak edə bilərlər. Layihənin hər  bir iştirakçısına  iştirakı təsdiq edən  sertifikatlar veriləcək, ilk üç yerin  sahibi   isə mükafatlarla təltif  olunacaq. Qalib gəlmiş  şagirdlərin  gürcü dili və ədəbiyyat   müəllimləri də  mükafatlandırılacaqlar.

Layihənin  feysbuk səhifəsində mütəmadi olaraq, viktorinalar keçiriləcək, suallara düzgün cavab veriləcəyi halda , qeyri-gürcü dilli  məktəblərin  şagirdləri həvəsləndirici  hədiyyələr ilə təltif olunacaqlar.

Layihənin  rəhbəri Ramilia Aliyevanın da qeyd  etdiyi  üzrə, olimpiada bu il yeddinci  sinif şagirdləri arasında keçiriləcək  və burda  azərbaycan və erməni dilli məktəblərin şagirdləri  iştirak edəcəklər.

Onun sözlərinə əsasən,  layihə  „Birinci Kanal Təhsil”-in  bir hissəsinə çevrilib  və bu televiziya  çərçivəsində   gürcü dilinin populyarlaşdırılması  ilə əlaqədar olaraq  olduqca çoxlu  aktivliklər keçiriləcək.

„Birinci Kanal Təhsil”-in   efirində  qeyri-gürcü dilli məktəblər üçün  gürcü dili  dərsləri artıq keçirilir.Düşünürəm ki,  layihə çərçivəsində  olduqca çoxlu aktivliklər olacaq.  Onlayn  olimpiadanın  3 qalibi müəyyənləşdiriləcək və onların hər üçü  mükafatlarla təltif olunacaqlar. Layihə bu il Amerika Birləşmiş Ştatlarının  Gürcüstandakı  Səfirliyinin  dəstəyilə  həyata  keçirilir və bunun üçün mən onlara minnətdarlığımı bildirirəm. Bütün şagirdləri  layihədə aktiv şəkildə iştirak etməyə  çağırıram. Əlavə məlumat üçün  layihənin „Bizim  Gürcü Dili“-adlı    feysbuk səhifəsinə  daxil ola bilərlər,burda  gürcü dili  ilə əlaqədar  viktorinalar  keçiriləcək“-deyə Ramilia Aliyeva bildirib.

 

Müəllif – Sevinc Mustafayeva