Gürcüstanın Birinci Kanalı - "Biz Ukrayna üçün"
Gürcüstanın Birinci Kanalı - "Biz Ukrayna üçün"

Gürcüstanın Birinci Kanalı, Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə, Ukrayna xalqına dəstək və Ukrayna İctimai Yayımçısına həmrəy əlaməti olaraq “Biz Ukrayna üçün” xeyriyyə musiqi marafonunu keçirəcək.

Marafon 1 martda keçiriləcək və burada iştirak etməyə (SMS və ya bank hesabına köçürmə ilə) ictimaiyyətin bütün üzvünün imkanı olacaq.

Xeyriyyə musiqi marafonu Avropa Yayımmılar İttifaqı üzv yayımçılarının təşəbbüsüdür və sabah Polşanın TVP efirində başlayacaq – Carita ilə Ukraynaya dəstək konserti keçiriləcək. “Biz Ukrayna üçün” xeyriyyə musiqi marafonunu isə, çərşənbə axşamı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.

“Biz Ukrayna üçün” xeyriyyə musiqi marafonu Gürcüstanın Birinci Kanalının təşəbbüsü ilə, martın birində keçiriləcək. Biz Ukraynanın İctimai Yayımçısı ilə sıx əməkdaşlıq edirik və bu, real nəticə və effekt verməli olan həmrəylik aktıdır. Bu isə, düşünürəm bu çətin vaxtı ən önəmlidir”,  -Birinci Kanalın baş direktoru, Tinatin Berdzenişvili bəyan etdi.

Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin prezidenti, Natiya Loladzenin qeyd etdiyinə görə, marafon zamanı toplanan ianələr yardım şəklində Ukrayna Qırmızı Xaçına göndəriləcək.

“Ukrayna xalqı üçün ianə ver! Heç bir zaman olmadığı kimi, bu gün Ukraynada dostlarımıza həmrəylik lazımdır. Siz tərəfindən ayrılan ianələr yardım şəklində Ukrayna Qırmızı Xaçına göndəriləcək. Xatırladaq ki, Ukrayna Qırmızı Xaçı yardıma ehtiyacı olan hamıya dəstək olur”, – Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin prezidenti bəyan etdi.

“Biz Ukrayna üçün” xeyriyyə musiqi marafonunda tanınmış gürcü müğənniləri iştirak edəcəklər. Həmçinin, Gürcüstanın Birinci Kanalının musiqi layihələrindən populyar epizodlar da səsləndiriləcək.