Gürcüstanın basketbolçulardan ibarət yığması Dünya Çempionatının seçmə mərhələsinin matçını Portuqaliyada qazandı #1TVSPORT

10:14, 01.09.2026

 

Gürcüstanın basketbolçulardan ibarət yığması Dünya Çempionatının seçmə mərhələsinin 8-ci matçını Portuqaliyada keçirdi. Son dərəcə gərgin keçən qarşılaşmada Gürcüstan qələbə qazandı – 98:90.

Qarşılıqlı oyuna qədər həm Portuqaliyanın, həm də Gürcüstanın qrupda 4 qələbəsi var idi. Bu komandalar Dünya Çempionatına vəsiqə uğrunda mübarizədə birbaşa rəqibdirlər. Qələbə hər iki tərəf üçün məqsədə doğru böyük addım olacaqdı, çünki altı komandalı qrupdan 2027-ci ilin Dünya Çempionatına yalnız üç ən yaxşı komanda vəsiqə qazanır.

İlkin proqnozlara əsasən, Gürcüstan favorit statusuna malik idi. Bu məntiqli idi, çünki Portuqaliyanın heyətində bir NBA oyunçusu olduğu halda, komandamızda Milli Basketbol Assosiasiyasının iki oyunçusu var, Avroliqanın ən yaxşı forvardına və yüksək səviyyəli amerikalı oyunqurucuya sahibik.

Belə keyfiyyətli komandalarla oyunda rəqiblər qələbənin açarını müdafiədə axtarırlar. Portuqaliya da belə idi. Baş məşqçinin təlimatı ilk dəqiqələrdən özünü biruzə verdi – gürcülərin fərdi, eləcə də kombinasiyalı oyununa maksimum dərəcədə maneə olmaq. Meydan sahibləri əksər hallarda gürcü liderləri topu alan kimi qayda pozuntularına yol verirdilər, ilk hissədə Gürcüstan artıq 20 cərimə atışı yerinə yetirmişdi və bunlardan 18-ni dəqiq vurmuşdu (yekunda 32-dən 27-si).

“Boston Celtics”in mərkəz oyunçusu Kueta səbət altında çox mübarizə apardı, ribaundlar topladı, yaxşı ötürmələr etdi və xallar qazandırdı. İlk hissədə Portuqaliyanın 22:11 hesabı ilə önə keçdiyi an da oldu, lakin Gürcüstan yığması sabit oyunu ilə fərqi tədricən azaltdı və ilk hissənin son saniyəsində Mamukelaşvilinin üçxallıq atışından sonra Portuqaliya fasiləyə yalnız bir xal üstünlüklə yollandı – 42:41.

İkinci hissədə Rati Andronikaşvilinin topu ələ keçirməsi, üçxallıq atışı və Mamukelaşvilinin 2+1 xalından sonra Gürcüstan yığması üstünlüyü ələ keçirdi – 57:52. Dördüncü hissədən əvvəl Gürcüstan 70:66 hesabı ilə irəlidə idi.

Aleksandre Cikiçin strateji planı qeyd edilməlidir. Monteneqro ilə oyunda olduğu kimi, Gürcüstanın yığması dördüncü hissədə müdafiədə aqressiyanı artırdı, hücumda isə tempi kəskin yüksəltdi. Portuqaliyalılar buna hazır deyildilər və Gürcüstan matçın bitməsinə 4 dəqiqə qalmış 87:71 hesabı ilə irəli çıxdı. Bu artıq qələbə demək idi.

Qeyd edilməlidir ki, bu matç Rati Andronikaşvili üçün Gürcüstanın yığmasının heyətində ən məhsuldar oyun oldu. O, 2022-ci ildə İspaniyaya qarşı 17 xal toplamışdısa, Portuqaliyada bu göstəricini 20 xala çatdırdı və buna 4 top ələ keçirmə əlavə etdi. Qarşılaşmanın bombardiri 26 xal toplayan Tornike Şenqelia oldu, Mamukelaşvili isə aktivinə 22 xal yazdırdı.

Eyni qrupda, Afinada Yunanıstanın yığması əlavə vaxtda İspaniyanı məğlub etdi – 108:106.

I Qrup

26 noyabr 2026

Monteneqro – İspaniya

Portuqaliya – Ukrayna

Yunanıstan – Gürcüstan

 

29 noyabr 2026

İspaniya – Yunanıstan

Ukrayna – Monteneqro

Gürcüstan – Portuqaliya

 

26 fevral 2027

Portuqaliya – İspaniya

Yunanıstan – Ukrayna

Monteneqro – Gürcüstan

 

1 mart 2027

İspaniya – Monteneqro

Ukrayna – Portuqaliya

Gürcüstan – Yunanıstan

Oxşar