Gürcüstanın basketbol üzrə milli komandası avqust ayında dörd oyun keçirəcək

12:19, 01.08.2026

Gürcüstan milli komandası dünya çempionatının ikinci qrup mərhələsinə Monteneqro ilə Tbilisidə keçirəcəyi oyunla başlayır. Qarşılaşma avqustun 28-də baş tutacaq, avqustun 31-də isə komandamız Portuqaliyada oynayacaq. Hər iki rəsmi matçı Gürcüstanın Birinci Kanalı və Birinci Kanal Sport yayımlayacaq.
Həmçinin kanallarımızda avqustun 23-də keçiriləcək İsrail yığmasına qarşı yoxlama oyununu da izləyə biləcəksiniz. Avqustun 19-da isə Livan milli komandası ilə qapalı formatda yoldaşlıq görüşü keçiriləcək.
Gürcüstan–İsrail oyununun biletlərinin satışı avqustun 3-də, Gürcüstan–Monteneqro oyununun biletlərinin satışı isə avqustun 10-da biletebi.ge saytında başlayacaq.

Oxşar