Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze Kaxeti Regional Prokurorluğunun əməkdaşları ilə görüşüb
Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze Kaxeti Regional Prokurorluğunun əməkdaşları ilə görüşüb

 

Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze Kaxeti Regional Prokurorluğunun əməkdaşları ilə görüşüb. Görüşdə baş prokurorun birinci müavini Zurab Beltadze və müavinləri Avtandil Koclamazaşvili, Qiqa Dzneladze və Amiran Quluaşvili iştirak edirdilər.

Əməkdaşlarla görüşdə baş prokuror Qiorqi Qvarakidze Gürcüstan Prokurorluğunun cinayət siyasəti, prioritet istiqamətlər və prokurorluğun fəaliyyətinin əhəmiyyəti haqda danışıb. Həmçinin, regionda cinayətkarlıqla mübarizə sahəsində mövcud çağırışlara da toxunulub.

Baş prokuror müavinləri ilə birlikdə Kaxeti Regional Prokurorluğunun yenidən bərpa olunmuş binasına və Kaxeti Regional Prokurorluğunun istintaq idarəsinə baxış keçirib. O, iş şəraiti ilə tanış olub və qeyd edib ki, prokurorluğun yeni binası əməkdaşların ehtiyaclarına uyğunlaşdırılıb, bu isə onların fəaliyyətini daha da səmərəli edəcək.

Gürcüstan Prokurorluğunun vacib prioritetlərindən biri prokurorluq əməkdaşlarının müasir iş mühiti ilə təmin edilməsi və iş şəraitini yaxşılaşdırmaqdır.

Məlumatı Gürcüstan Prokurorluğu yayır.