Gürcüstanın baş prokuroru Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüb
Gürcüstanın baş prokuroru Qiorqi Qabitaşvili Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə görüşüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.
Qurumun məlumatına əsasən, baş prokurorun birinci müavini Qiorqi Badaşvili, Xüsusi İstintaq Xidmətində istintaqın prosessual idarə edilməsi şöbəsinin müdiri Amiran Quluaşvili, beynəlxalq münasibətlər və hüquqi təminat şöbəsinin rəisi İrakli Çilinqaraşvili Baş Prokurorluqda keçirilən görüşdə iştirak edirdilər.
“Gürcüstanın baş prokuroru Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvlərinə son vaxtlarda Tbilisidə Rustaveli prospektində inkişaf etmiş hadisələr zamanı aksiyanın iştirakçıları tərəfindən törədilmiş qanunazidd əməllər və Gürcüstan Prokurorluğunun gördüyü tədbirlər barədə məlumat verib. Tərəflər görüşün sonunda gələcək əməkdaşlıq və məlumat mübadiləsinə hazır olduqlarını bildiriblər” – Gürcüstan Prokurorluğunun məlumatında deyilir.