Gürcüstanın Baş nazirinin sərəncamı ilə "Energetika İnkişaf Fondu" Ukraynaya humanitar yük, müxtəlif növ və gücə malik generatorlar göndərib
Gürcüstanın Baş nazirinin sərəncamı ilə "Energetika İnkişaf Fondu" Ukraynaya humanitar yük, müxtəlif növ və gücə malik generatorlar göndərib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sərəncamı ilə “Gürcüstanın Energetika İnkişaf Fondu” səhmdar cəmiyyəti Ukraynaya humanitar yük göndərib. Bu haqda məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Onların məlumatında, qeyd olunan yükün müxtəlif növ və gücə malik doqquz generatoru əhatə etdiyi deyilir.

“Qeyd etmək lazımdır ki, “Gürcüstanın Energetika İnkişaf Fondu” səhmdar cəmiyyəti generatorların alınması və daşınması prosesini qısa müddətdə (təyin edilmiş vaxtlarda) təmin edib.

Humanitar yük sonradan Ukraynaya təmənnasız verilməsi məqsədilə Ukraynada, Kiyev şəhərindəki Gürcüstanın səfirliyinə veriləcək. Ukrayna Gürcüstandan göndərilən humanitar yardımı quru yolu ilə bir neçə gün ərzində alacaq” – İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında qeyd olunub.