Gürcüstanın baş naziri və Norveç səfiri iqtisadi və müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər
Gürcüstanın baş naziri və Norveç səfiri iqtisadi və müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər

Gürcüstan və Norveç arasında iqtisadi və müdafiə sahələrində əməkdaşlıq Gürcüstanın baş naziri, Giorgi Qaxariya və Norveç Krallığı səfiri, Elen Sand Andersen arasında keçirilən görüşdə müzakirənin əsas mövzuzu idi. Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.

Elə onların məlumatıa görə, söhbət zamanı Gürcüstanda Norveç Krallığı Səfirliyinin açılması müsbət dəyərləndirildi və qeyd olundu ki, bu fakt ikitərəfli əlaqələrin artan dinamikasına işarə edir.

“Qeyd olundu ki, Gürcüstan və EFTA arasında azad ticarət müqaviləsi Gürcüstan-Norveçin ikitərəfli iqtisadi əlaqələrinin dərinləşdirilməsi üçün daha artıq imkanlar yaradacaq.

Qeyd edildi ki, ikitərəfli əlaqələrin inkişafına, o cümlədən tirizm sahəsində, eləcə də biznes əlaqələrin dərinləşdirilməsinə Gürcüstan və Norveç arasında birbaşa uçuşların başalaması imkanlar yaradacaq, özəlliklə də koronavirusun qlobal pandemiyası ilə əmələ gələn çətinliklərin dəf edilməsi üçün”, – Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.

Elə onların məlumatına görə, görüşdə iki ölkə arasında müdafiə sahəsində produktiv əməkdaşlıq müsbət dəyərləndiildi.