Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanın Məclisinin sədri Dünyagözəl Gülmanova ilə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Türkmənistan arasındakı münasibətlər və əməkdaşlıq perspektivlərinə toxunulub.
Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə Türkmənistanın Məclisinin sədrinin Gürcüstana ilk rəsmi səfərinin ölkələr arasında ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün əhəmiyyəti qeyd edilib.
Gürcüstan və Türkmənistan arasında mövcud siyasi və iqtisadi münasibətləri müzakirə ediblər. Ticarət sahəsində müsbət dinamika vurğulanıb. Türkmənistan və Gürcüstanın tranzit, logistika və enerji sektorlarında tərəfdaşlığı qeyd edilib.
Görüşdə ölkələr arasında “Orta Dəhliz”in inkişafında fəal əməkdaşlığı müzakirə ediblər.
Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani, Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmirat Seitməmmədov və Gürcüstanın Türkmənistandakı səfiri Konstantine Sabiaşvili görüşdə iştirak edirdilər.