Gürcüstanın Baş naziri Türkiyə Respublikasının səfiri ilə görüşüb

12:41, 20.08.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və əlaqələrin daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.
Söhbət zamanı birgə regional layihələrə və ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunulub. Bu kontekstdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.

Oxşar