Gürcüstanın baş naziri Qazaxıstan Respublikasının baş naziri ilə görüşüb
Gürcüstanın baş naziri Qazaxıstan Respublikasının baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşüb.

Qazaxıstan Respublikasının Hökumət Evində keçirilən təkbətək görüşdə tərəflər iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə ediblər. Ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası və bu istiqamətdə iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının rolu qeyd edilib.

Tərəflər 2024-cü ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artan ikitərəfli ticarət dövriyyəsini müsbət qiymətləndiriblər.

İclasda ixracın həcminin artırılması potensialı da müzakirə edilib və bununla bağlı mövcud imkanlardan tam istifadə edilməsinin vacibliyi vurğulanıb.

İrakli Kobaxidze Qazaxıstan Respublikasının Baş nazirini Gürcüstana rəsmi səfərə dəvət edib.