Gürcüstanın Baş naziri Qazaxıstan Parlamentinin Aşağı Palatasının sədri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Parlamentinin Aşağı Palatasının sədri Erlan Koşanovla görüşüb.
Görüşdə Gürcüstan və Qazaxıstan arasında mövcud dostluq münasibətləri və müxtəlif sahələrdə tərəfdaşlığa toxunulub. İki ölkənin qanunverici orqanları arasında mövcud məhsuldar əməkdaşlıq və onun daha da genişləndirilməsi perspektivi qeyd edilib.
Ticarət-iqtisadi əlaqələrin artan dinamikasına və nəqliyyat-logistika sahəsində əməkdaşlığa, eləcə də Orta Dəhlizin əhəmiyyətinə diqqət yetirilib.
Baş nazir Gürcüstan hökuməti tərəfindən sülhün dəstəklənməsi istiqamətində atılan addımlardan danışıb və Qazaxıstana ölkənin ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə təşəkkür edib.