Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Turizm Təşkilatının baş katibi Şeyxa Naser al-Novais ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Turizm Təşkilatının baş katibi Şeyxa Naser al-Novais ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Turizm Təşkilatının baş katibi Şeyxa Naser al-Novais ilə görüşüb.

Baş nazir Şeyxa Naser al-Novaisi baş katib vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Baş katib onun namizədliyini dəstəklədiyinə görə Gürcüstan hökumətinə təşəkkür edib.

Hökumət Administrasiyasının məlumatına əsasən, görüş zamanı Gürcüstan hökuməti ilə BMT-nin Turizm Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığa toxunulub. Gürcüstanda turizmin artan pozitiv dinamikası və ölkənin müxtəlif turizm imkanlarına diqqət yönəldilib. Qeyd olunub ki, 2025-ci ildə Gürcüstana beynəlxalq turist səfərlərinin sayı 5.5 milyonu keçib, bu da turist səfərlərinin tarixi maksimumudur. Həmçinin, görüş zamanı ölkənin turizm potensialının daha da inkişaf etdirilməsi məqsədilə Gürcüstan hökumətinin atdığı addımlara diqqət yönəldilib.

Baş nazir Şeyxa Naser al-Novaisi Gürcüstana dəvət edib.

Görüş Dubayda Dünya Hökumətlər Sammiti çərçivəsində keçirilib və Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.